BMU tələbələri “Teleradio” İB-də ekskursiyada olublar

19 Mart 2025
BMU tələbələri “Teleradio” İB-də ekskursiyada olublar

Bakı Mühəndislik Universitetinin (BMU) "Radiotexnika və telekommunikasiya" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan bir qrup tələbəsinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə (Teleradio İB) ekskursiyası təşkil edilib.

Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, t.e.d. İslam İslamovun rəhbərliyi ilə gerçəkləşən ekskursiya zamanı tələbələr yerüstü analoq radio yayımı (FM), rəqəmsal radio yayımı (DAB+), yerüstü rəqəmsal televiziya yayımı (DVB-T/T2), radio-televiziya proqramlarının peykdən yayımı (DVB-S/S2), rəqəmsal radio rabitəsi, peyk rabitəsinin təşkili, Up-link xidməti, IP TV xidməti, anten-fider sistemləri və s. sahələrlə, habelə avadanlıqlara texniki xidmətin göstərilməsi işləri ilə əyani tanış olublar. Mütəxəssislərlə ünsiyyətdə olmaq imkanı əldə edən tələbələr onların bu sahədəki bilik və təcrübələri haqda məlumatlar alıb, tövsiyələrini dinləyiblər.

Bakı Teleqüllə Radio-Televiziya Yayımı Stansiyasının rəisi Bəhruz Mürsəlov tələbələrə, eyni zamanda  radio-televiziya yayımı və peyk rabitəsi haqqında geniş məlumat verib. Azərbaycanın aidiyyəti dövlət qurumlarının göstəriş və rəyləri əsasında ölkə ərazisində efir məkanının təhlükəsizliyinin təmin olunması üçün “Teleradio” İB tərəfindən mütəmadi tədbirlər görüldüyü, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə Şuşa, Mincivan, Xanlıq, Şahyeri və Laçın stansiyalarından yayımların bərpa edildiyi, Kəlbəcər rayon mərkəzində lokal yayımların təmin olunduğu diqqətə çatdırılıb.

Ekskursiya zamanı tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər