Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti universitetin Kimya müəllimliyi ixtisasının II kurs tələbələrinin “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına təcrübə gəzintisini təşkil edib.
Laboratoriyanın şöbə rəisi Aqşin Tağıyevin rəhbərliyi ilə baş tutan gəzinti “Analitik Kimya-1” dərsinin praktiki cəhətdən tələbələrə daha effektiv çatdırılması məqsədini daşıyıb.
Gəzinti zamanı tələbələr içməli və tullantı sularının analizi prosesi ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi