Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının, universitetin tələbə və məzunlarından ibarət rezidenti olan “Datacity” startapı ilk dəfə olaraq “Google”, “Microsoft” kimi beynəlxalq şirkətlərdə çalışan dünya səviyyəli peşəkarlar tərəfindən Data Science və Süni İntellekt əsaslı təlimləri gerçəkləşdirməyə başlayır. Qürurverici haldır ki, DataCity startapı artıq bir neçə gündür, rəsmən ölkəmizi dünyada tanınmış texnoloji təlim layihələrinin qiymətləndirilməsi platforması olan “SwitchUp” qlobal platformasında 5/5 reytinqlə təmsil edir.
Məlumat üçün bildirək ki, “SwitchUp” platformasi 2014-cü ildən etibarən fəaliyyətdədir və dünya səviyyəli texnoloji tədris verən layihələrin, şirkətlərin dəyərləndirilməsi üzrə nüfuzlu platformadır.
BMU tələbə və məzunlarının yuxarıda qeyd olunan istiqamətdə fəaliyyətləri uğurlu nəticələrlə tamamlanmaqdadır. Amerika və Avropa ölkələrindən əməkdaşlıqla bağlı daxil olan müsbət reaksiyalar, müxtəlif sorğular, eyni zamanda Süni intellekt əsaslı tədris üçün Azərbaycan şirkətinin seçilməsi böyük nailiyyət olmaqla, qürur doğuran hadisədir.
İctimaiyyətlə əlaqələr şöbəsi