Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Tələbə Elmi Cəmiyyətinin (TEC) yeni idarə heyəti ilə görüş keçirib.
Prorektor E.Süleymanov tələbələrin elmi-tədqiqat və elmi-praktiki işlərinin təşkili, eləcə də koordinasiyası məqsədilə yaradılan TEC-in idarə heyətinin strukturu və iş prinsipləri haqqında məlumat verib, üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda, həmçinin cari semestr ərzində TEC-in görəcəyi işlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, TEC-in yeni sədri Vüsalə Şahbazova, Ümumi işlər üzrə sədr müavini Yunus Babasoylu, Departamentlər üzrə sədr müavini Sahilə Nemətli, fakültələr üzrə sədr müavini Adil İsmayılov, fakültə sədrləri-Ehtiman Nurəlizadə, Nərmin Quliyeva, Nicat Dursunlu və Aysun Əhmədova, Departament sədrləri Məmməd Şəfiyev və Könül Əsədovadır.
İctimaiyyətlə əlaqələr şöbəsi