BMU “QS Avropa 2025” reytinqində 60 pillə irəliləyib

10 İyul 2024
BMU “QS Avropa 2025” reytinqində 60 pillə irəliləyib

Bakı Mühəndislik Universiteti (BMU) ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan  “QS Quacquarelli Symonds”un “QS Avropa 2025” (“QS Europe 2025”) reytinq cədvəlində uğurlu nəticə əldə edib.

Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqində növbəti dəfə yer alan BMU ötən illə müqayisədə 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəlib. BMU Qərbi Asiya universitetləri arasında isə 34-cü yerdə qərarlaşıb.

Yeni reytinqə Avropanın ümumi 685 ali təhsil müəssisəsi daxil edilib.  Reytinq cədvəlində BMU ilə yanaşı, ölkəmizin 9 universiteti yer alıb.

Reytinq ümumilikdə 12 indikator üzrə (universitetlərin akademik və işəgötürən icmalarında tanınma, tədqiqat işlərinə töhfə, təhsil mühitinin keyfiyyəti, beynəlmiləlləşmə, akademik mobillik və davamlı inkişafa sadiqlik və s.) müəyyən olunub.

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər