Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası yardım aksiyaları keçirməkdə davam edir. Bu dəfəki yardım aksiyası çərçivəsində BMU-nun texniki heyətində çalışan qadın əməkdaşlara ərzaq yardımı göstərilib.
Vurğulamaq yerinə düşər ki, BMU-nun Qadınlar Şurası hər il mütəmadi olaraq yardım aksiyaları keçirir. Bu aksiyalar mövcud pandemiya şəraitində də icra olunmaqdadır. Hazırda bu ənənəni davam etdirən Qadınlar Şurası yardıma ehtiyacı olan ailələri müəyyənləşdirərək onlara yardımlar edir.
Bununla yanaşı, Qadınlar Şurası fəaliyyətə başladığı dövrdən etibarən universitetin ictimai-sosial həyatında fəal iştirak edir. Şura qarşıdakı dövrdə də bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır.
İctimaiyyətlə əlaqələr şöbəsi