Bakı Mühəndislik Universiteti (BMU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə İnnovativ Mühitin Rolu və Yaşıl Texnologiyalar” adlı panel iclasda təmsil olunub. Akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Elm, Texnologiya və İnnovasiya/ Rəqəmsallaşma Günü”ndə təşkil edilib.
Paneldə BMU Texnoparkının direktoru, dosent İsa Qasımov iqlim dəyişikliklərinin elmi aktuallığı, bu sahədə aparılan tədqiqatlar və irəli sürülən həll yolları, eləcə də universitetdə yaşıl iqtisadiyyatın formalaşdırılmasına dəstək verən innovativ layihələr haqqında danışıb. Qeyd olunub ki, cari ildə BMU Texnoparkının təşkil etdiyi müxtəlif proqramlarda irəli sürülən və ya dəstəklənən startap layihələrinin təqribən 30%-dən çoxu məhz yaşıl iqtisadiyyatın formalaşması istiqamətində olub.
İclasda İRİA və müxtəlif universitetlərin nümayəndələrinin də məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi