Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında (ingilis dili) təhsil alan sonuncu kurs tələbəsi, MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Rəşad Fətiyev World Cossack Fight Federation (WCFF) təşkilatının keçirdiyi dünya çempionatında gümüş medal mükafatçısı olub.
Ukraynanın Xarkov şəhərində baş tutan çempionatın yarımfinal mərhələsində azərbaycanlı təmsilçimiz Ukraynanı təmsil edən erməni Artur Malkinyan ilə üz-üzə gəlib.
77,1 kq çəki dərəcəsində mübarizə aparan BMU tələbəsi yarımfinalda rəqibinə qalib gəlib və gümüş medalın sahibi olub.
R.Fətiyev travma səbəbindən final döyüşündə iştirak edə bilməyib.
Turnirə 25 ölkədən 1000-dən çox idmançı qatılıb.
Qeyd edək ki, R.Fətiyev iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da gümüş medal qazanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi