Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının tələbəsi Rahib İsmayılov İctimai Televiziyada (İTV) yayımlanan “61”! intellektual oyunu üzrə 2021-ci il çempionatının qalibi olub. Oyunda Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Univesitetindən olan rəqiblərini üstələyən BMU tələbəsi ilk yerə layiq görülüb və 5000 AZN məbləğində pul ilə mükafatlandırılıb.
2016/2017-ci tədris ilində BMU-ya qəbul olan R.İsmayılov intellektual oyunlarda iştirak etməyə başlayıb. “61”! intellektual oyununda bundan öncə iki dəfə iştirak edib.
Məlumat üçün bildirək ki, tələbələr arasında təşkil olunan “61”! intellektual oyunu Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Veriliş Amerikanın populyar “Jeopardy!” televiziya oyununun lisenziyalı versiyasıdır. 61 sualdan ibarət olan oyun “61!” adlanır. İki raundun hər birində 30 sual səslənir, oyunun sonunda isə iştirakçılara final sualı verilir.
Tələbə çempionatı olimpiya sistemi üzrə keçirilir və 13 verilişdən - 1/9 final 9 oyundan, 1/3 final 3 oyundan və böyük finaldan ibarətdir.
İctimaiyyətlə əlaqələr şöbəsi