BMU-nun tələbələrinə təlim keçirilib

21 May 2019
BMU-nun tələbələrinə təlim keçirilib

   Bakı Mühəndislik Universitetində Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Karyera planlama” mövzusunda təlim keçirilib.

     Təlimdə BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan 3-cü kurs tələbələri iştirak ediblər. Universitetin əməkdaşı Vasif Fərəcov çıxış edərək təşkil olunan təlimlərin önəmindən və tələbələrin karyeralarındakı rolundan danışıb.

    Daha sonra təlimçi, Rabitə bankın İşə qəbul və qiymətləndirmə şöbəsinin rəisi Elçin Nəsibov tələbələrə əmək fəaliyyətindən, karyerası ərzində qarşılaşdığı çətinliklərdən və qazandığı təcrübədən danışıb. Əmək bazarında Mühasibat uçotu və audit ixtisasının rolundan və bu ixtisas üzrə savadlı kadrlara olan tələb barədə məlumat verib.

      Sonda Elçin Nəsibov tələbələri maraqlandıran sualları cavablandırılıb.

 

Digər xəbərlər