Bakı Mühəndislik Universitetinin “Elektroenergetika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri Sumqayıt Elektrik Stansiyasına günlük təcrübə ekskursiyasında olublar. Ekskursiya zamanı müəssisənin direktoru Mahir Xeyirxəbərov və baş mühəndis Hüseynağa Rüstəmov müəssisənin fəaliyəti haqqında tələbələrə ətraflı məlumat verib və elektrik enerjisinin istehsalı prosesilə yaxından tanış ediblər.
Qeyd edək ki, ekskursiya, BMU-nun Elektrik enerjisinin istehsalı kafedrasının müəllimi dosent Nəcəf Orucov və Müəssisələrlə əlaqələr və karyera departamentinin əməkdaşı Vasif Fərəcovun rəhbərliyi ilə təşkil edilib.