Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Memarlıq və inşaat fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının I və III kurs tələbələri Hövsan Aerasiya Stansiyasında olublar.
Səfər “Ekologiya mühəndisliyi” və “Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı” fənnləri üzrə dərs proqramının bir hissəsinin tələbələrə əyani göstərilməsi məqsədilə təşkil olunub.
Tələbələrə tullantı sutəmizləyici qurğuların iş prinsipi, tullantı sularının təmizlənməsi və zərərsizləşdirilməsi texnologiyası, buradakı laboratoriyada analizlərin aparılması prosesi barədə ətraflı məlumatlar verilib. Eyni zamanda, stansiyanın ərazisində “Azərsu” ASC-nin ekoloji sahədəki fəaliyyəti barədə zəruri məlumatlar tələbələrin diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi