Bakı Mühəndislik Universitetinin İnşaat mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri “Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi"nə ekskursiya ediblər. Ekskursiya zamanı kompleksin nümayəndəsi Oruc Bayramov qurğuların iş prosesləri, suyun emal mərhələləri, nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və “SCADA” sistemləri və s. barədə tələbələrə ətraflı məlumat verib.
Qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2015-ci ildə istifadəyə verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleks Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.