BMU-nun tələbələri dahilərin əsərlərini səhnələşdiriblər

24 May 2019
BMU-nun tələbələri dahilərin əsərlərini səhnələşdiriblər

    Bakı Mühəndislik Universiteti Tərcümə və İngilis dili kafedrasının II kurs tələbələri Roman və Dram dərsində Sofoklun "Antiqon", Evripidin "Medya" və V.Şekspirin "Maqbet" əsərini səhnələşdiriblər. Tələbələrin hazırladığı tamaşalar həm müəllimlər, həm də tələbələr tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb. Tədbirdə kafedra müdiri, fil.ü.f.d Natiq Adilov, Pedaqoji fakültənin nümayəndələri və müəllimlər iştirak edbi. Natiq Adilov tədbirdən sonra tələbələrə və fənn müəllimi Ziyafət Hüseynovaya təşəkkürünü bildirib.

 

Digər xəbərlər