BMU-nun rektoru, professor Havar Məmmədov Koreyanın “KOİCA” Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə direktoru Kumok Park ilə görüşüb. Rektor nümayəndə heyətinə universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirən BMU xarici universitetlərlə yanaşı beynəlxalq şirkətlərlə də əməkdaşlığa önəm verir.
Səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edən Koreyanın “KOİCA” Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə direktoru Kumok Park şirkətin fəaliyyəti barədə universitet rəhbərliyinə məlumat verib. O, agentliyin təhsil müəssisələri ilə əməkdaşlığından danışıb.
Görüş zamanı “KOİCA” Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə universitet arasında qurulacaq əməkdaşlıq məsələləri müzakirə edilib.