Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası cari ildə daha bir xeyriyyə aksiyası gerçəkləşdirib. Belə ki, Şura tərəfindən universitetin Təsərrüfat şöbəsinin 10 işçisinə, həmçinin Abşeron rayonunda yaşayan 8 ailəyə ərzaq yardımı edilib.
Qeyd edək ki, BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı gündən universitetin ictimai-sosial həyatında aktiv iştirak etməklə yanaşı, daha çox ehtiyacı olan ailələrə müvafiq yardımlar göstərir.
İctimaiyyətlə əlaqələr şöbəsi