BMU-nun müəllimləri təlimdə iştirak ediblər

21 May 2019
BMU-nun müəllimləri təlimdə iştirak ediblər

     Bakı Mühəndislik Universitetinin Tərcümə və ingilis dili kafedrasının müdiri, fil.ü.f.d Natiq Adilov və kafedranın müəllimi Kənan Mahmudov Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunan təlimdə iştirak ediblər. Lester Universitetinin mütəxəssisi tərəfindən 5 günlük verilən təlimdə Azərbaycanın müxtəlif universitetlərindən ingilis dili və müxtəlif fənləri ingilis dilində tədris edən müəllimlər iştirak ediblər. Təlimdə ingilis dili dərslərinin daha effektiv keçirilməsi metodlarının müzakirəsi və bu metodların sistemli şəkildə tətbiq edilməsi yollarından danışılıb.

    Təlimin sonunda BMU-nun müəllimləri N.Adilov və K. Mahmudov təlim iştirakçılarına "Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında hökümət və konstitusiya" mövzusunda nümunə dərs keçiblər. 

Digər xəbərlər