Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının baş müəllimi Pərvinə Kərimova təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına görə Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilib.
Fəxri fərman BMU əməkdaşına 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə təqdim olunub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İslamova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov, şəhid ailələri və rayon təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin müəllim adına verdiyi yüksək dəyəri xatırladıb və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin təhsil işçiləri üçün sevindirici bir hal olduğunu bildiriblər.
Tədbir bədii hissə ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi