Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarixçi Arif İbrahimov Azərbaycan Dövlət Radiosunda “Hərb tariximizdən” verilişinin qonağı olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun Baş Qərargah və Dəftərxana rəisi olmuş general Həbib bəy Səlimova həsr olunan verilişdə onun gənclik illəri, təhsil aldığı dövr və iştirak etdiyi hərbi əməliyyatlar haqqında danışılıb.
A.İbrahimov generalın Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğundakı fəaliyyətindən söz açıb. O, Həbib bəy Səlimovun Muğan və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımayan molokan və rus-erməni qüvvələrinə qarşı mübarizəsindən, eləcə də 12 günlük Əsgəran savaşındakı misilsiz xidmətlərindən bəhs edib.
Qeyd edək ki, verilişdə Bakı Dövlət Universitetinin dosenti Ələmdar Şahverdiyev, tarixçi-tədqiqatçı Nazim Tapdıq və AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Kamal Salayev də iştirak ediblər. Verilişin 26 oktyabr və 2 noyabr saat 12:00-da iki hissədə efirə getməsi nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi