BMU-nun magistraturasını seçmək istəyən bakalavrların diqqətinə!

24 İyun 2024
BMU-nun magistraturasını seçmək istəyən bakalavrların diqqətinə!

Məlum olduğu kimi, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə iyunun 21-dən ixtisas seçimi başlayıb. İxtisas seçimi 30 iyun saat 23:59-da başa çatacaq (https://eservices.dim.gov.az/erizemag/ixtisas1/?frm=egov).

Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsində 20 ixtisas və 28 ixtisaslaşma üzrə 215 plan yeri ayrılıb ki, onlardan 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür.

BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 270 yer nəzərdə tutulub. Proqram üzrə 240 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün ayrılıb.

Magistratura səviyyəsi üzrə ixtisasların tam siyahısını  https://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/  linkinə daxil olaraq əldə etmək mümkündür.

Elektron universitet idarəetmə sisteminə malik olan BMU-da magistraturada təhsil alan şəxslərin yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri üçün hər cür imkan, o cümlədən yataqxana ilə təmin olunmaq üçün şərait mövcuddur.

Bir daha bakalavrları BMU-da magistratura səviyyəsində təhsil almağa dəvət edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər