BMU-nun komandası futzal yarışlarında iştirak edib

22 Dekabr 2021
BMU-nun komandası futzal yarışlarında iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) komandası ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan futzal yarışlarında iştirak edib.

Çempionatın keçirilməsində əsas məqsəd tələbələr arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsi, həmçinin dostluq əlaqələrinin yaradılmasıdır.

BMU E qrupunda digər universitetlərin komandaları (Bakı Dövlət Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Maliyyə-İqtisad Kolleci) ilə mübarizə aparıb. 3 komanda ilə yarışları qələbə ilə başa vuran BMU-nun komandası 1/4 finalda mübarizəni dayandırıb.

Zəfər Gününə həsr edilmiş yarışlar Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparır. Sonrakı mərhələlər isə play-off, yarımfinal və final oyunlarını əhatə edir. Turnirin final mərhələsi dekabrın 23-də baş tutacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər