Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış II Qarabağ müharibəsinin başlamasından dörd il ötür.
Bu məqsədlə Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi və kollektivi Zəfər parkında olub.
Parkın girişindəki xatirə daşının önünə gül dəstələri qoyan BMU kollektivi Qarabağın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş əsgər və zabitlərimizin xatirəsini dərin ehtiramla anıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
İctimaiyyətlə əlaqələr şöbəsi