BMU-nun əməkdaşları “AVT Logistika” MMC-də olublar

04 Aprel 2022
BMU-nun əməkdaşları  “AVT Logistika” MMC-də olublar

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “AVT Logistika” MMC-də olublar.

Universitetin Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri, dosent Bəxtiyar Namazov və kafedranın dosenti Nicat Kərimov şirkətin iş prosesini izləyiblər. Bununla yanaşı, ali təhsil ocağının nümayəndə heyəti “Veysəloğlu” şirkətlər qrupuna daxil olan adıçəkilən qurumda istehsalat təcrübəsi keçən Logistika və nəqliyyat texnologiyaları ixtisasının tələbələrinin göstəriciləri ilə maraqlanıblar.

Aparılan müzakirələr zamanı şirkətin İnsan resursları departamentinin müdiri və İdarə heyətinin üzvü Pərviz Qasımov, ARAZ Anbar əməliyyatları departamentinin müdiri Elmin Alıyev, İnsan resursları şöbəsinin müdiri Fuad Şabanov, Təlim və inkişaf bölmə müdiri Rəsmiyyə Rzayeva, Təlim və inkişaf üzrə mütəxəssis Rəvanə Məmmədova qurumun işi haqda ətraflı məlumat veriblər.

Toplantıda BMU və şirkət arasında  gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Sonda BMU-nun əməkdaşları şirkətin qapalı anbarının  iş prosesi ilə də yaxından tanış olublar.

Qeyd edək ki, 48 min kvadrat metrlik qapalı anbar sahəsinə və 87 min palet tutumuna malik olan “AVT Logistika” şirkəti Qafqazın ən böyük anbarı sayılır, həmçinin ölkənin gündəlik istehlak mallarına olan tələbatının böyük bir hissəsini təmin edir.

Şirkət qida və qeyri-qida məhsullarının saxlanma, sifariş üçün hazırlanma, paketlənmə, etiketlənmə, paylanma və qaytarılma əməliyyatlarını həyata keçirir. Anbarların sistemli şəkildə idarə edilməsi üçün ən qabaqcıl proqram təminatlarından və texnologiyalardan istifadə olunur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər