Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının sədri, Xarici dillər kafedrasının müdiri Ətrabə Gül “Qadın və uşaq zorakılığına qarşı mübarizə” mövzusunda konfransda iştirak edib.
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə məruzə ilə çıxış edən Ətrabə Gül zorakılığın müasir dövrdə sosial bəlaya çevrildiyini vurğulayıb. O, məruzəsində tədbir iştirakçılarının diqqətini zorakılığın törətdiyi fəsadlara çəkib.
Tədbirdə zorakılığın səbəblərinin aradan qaldırılması istiqamətində fəal maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb, mövzu ətrafında müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi