Bakı Mühəndislik Universitetinin Dillər məktəbinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ətrabə Gül “Erasmus+ Staff Mobility” çərçivəsində mayın 26-dan ezamiyyətdədir. Roma La Sapienza Universiteti İtaliyanın dünya universitetləri arasında ilk yüzlüyə daxil olan ən qədim dövlət universitetlərindən biridir.
Azərbaycanlı alim magistr tələbələrinə “Təbiətlə bağlı simvolların intertekstual kondekstdə dəyərləndirilməsi” (Intertextual value of nature symbolism), “Azərbaycan etnomədəni sistemi və multikultural dəyərlər” (Etnocultural system and multicultural values of Azerbaijan) və "XIV-XV əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi-Seyid İmadəddin Nəsimi" (The eminent figure of XIV-XV century Azerbaijani poetry Seyyid Imadaddin Nasimi) mövzusunda mühazirə oxuyub. Mühazirə xarici auditoriya tərəfindən diqqətlə dinlənilib və interaktiv şəkildə keçirilib.
Qeyd edək ki, tədqiqatçı alim bu ilin avqust ayında Avropa Müqayisəli Ədəbiyyat Cəmiyyətinin (European Society of Comparative Literature, ESCL/SELC) Fransanın Lille şəhərində təşkil etdiyi 8-ci Qurultayına dəvət alıb.
Əməkdaşımızın ezamiyyət müddəti iyunun 3-də başa çatır.