BMU-nun əməkdaşı dosent elmi adı alıb

10 May 2022
BMU-nun əməkdaşı dosent elmi adı alıb

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin İngilis dili kafedrasının əməkdaşı Ziyafət Hüseynovaya Ali Attestasiya Komissiyasının qərarına əsasən dosent elmi adı verilib.

Atestat 5718.01-Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə BMU müəlliminə təqdim olunub.

Z.Hüseynovanın namizədlik dissertasiyasının mövzusu “Azərbaycan və ingilis folklorunda mif, əfsanə və rəvayətlərin tipoloji müqayisəsi” olub. Dissertasiya bu istiqamətdə aparılmış ilk geniş tədqiqat əsəri hesab edilir.

Z.Hüseynovanın həm filologiya üzrə fəlsəfə doktorluğu, həm də elmlər doktorluğu üzrə mövzuları əhatə edən xarici və yerli jurnallarda çoxsaylı məqalələri işıq üzü görüb. Beynəlxalq konfranslarda tədqiqat istiqamətində aktual mövzularla bağlı tezislərlə çıxış edən BMU alimi “Azərbaycan və Britaniya xalqlarının əsatir dünyası” adlı dərs vəsaitinin müəllifidir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər