Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin dekanı k.ü.f.d., dosent Elşad Abdullayev Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində iştirak edib. O, “İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi” istiqaməti üzrə qalib olduğu “Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası”na hazırlıq üçün müasir tədris resursu layihəsini müvəffəqiyyətlə başa vurub. Bununla bağlı keçirilən təqdimatda E.Abdullayev layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olub.
İctimaiyyətlə əlaqələr şöbəsi