BMU-nun dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib

25 Yanvar 2021
BMU-nun dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev “Bioloji araşdırma və tətbiqi elm üzrə beynəlxalq konfrans”da (IBRAS 2021: International conference on biological research and applied science) dəvətli məruzəçi qismində iştirak edib.

Pakistanın Jinnah Qadınlar Universitetinin (Jinnah University for Women https://ibras.juw.edu.pk/Speakers.html) təşkilatçılığı ilə onlayn keçirilən konfransa BMU dosenti “Sanki hər yerdə periodik potensiallı öz-özünə qoşma olmayan operatorların spektral analizi” (Spectral Analysis for one class non-self-adjoint operators with almost periodic potentials) mövzusunda məruzəsi ilə qatılıb. O, məruzədən öncə  Pakistan-Azərbaycan dostluq əlaqələrinin möhkəmliyini vurğulayaraq Azərbaycan xalqının çətin günlərində göstərdiyi diqqətə görə Pakistan xalqına dərin minnətdarlığını bildirib və bu əlaqələrin daha da  möhkəmlənəcəyinə inamını vurğulayıb.

R.Əfəndiyev məruzəsində planetlərin hərəkət modelini daha dəqiq təsvir  etməyə imkan verən, atmosferin absorbsiyası və emissiyasını nəzərə alınmaqla onun tədqiqinə imkan verən hər yerdə periodik potensiallı öz-özünə qoşma olmayan operatorların spektral analizi vasitəsi ilə öyrənilməsindən danışıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər