Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev “Bioloji araşdırma və tətbiqi elm üzrə beynəlxalq konfrans”da (IBRAS 2021: International conference on biological research and applied science ) dəvətli məruzəçi qismində iştirak edəcək. Tədbir Pakistanın Jinnah Qadınlar Universitetinin (Jinnah University for Women https://ibras.juw.edu.pk/Speakers.html) təşkilatçılığı ilə onlayn formada keçiriləcək.
Konfransın təşkil olunmasında əsas məqsəd dünyanın müxtəlif yerlərindən olan tədqiqatçıları bir araya gətirmək, biologiya, kimya, həmçinin fizika elmləri sahəsində əldə edilən nailiyyətləri və təcrübələri paylaşmaqdır.
Beynəlxalq tədbirin 20-21 yanvar 2021-ci il tarixlərində ümumilikdə 8 bölmə üzrə keçirilməsi nəzərdə tutulur.
BMU-nun dosenti konfransın “Fundamental və tətbiqi riyaziyyat” adlı bölməsində “Hər yerdə periodik potensiallı öz-özünə qoşma olmayan operatorların spektral analizi” (Spectral Analysis for one class non-self-adjoint operators with almost periodic potentials) mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, BMU adıçəkilən ali təhsil ocağı da daxil olmaqla Pakistan universitetləri ilə sıx elmi əməkdaşlıq əlaqələrinə malikdir. Bu əməkdaşlıq çərçivəsində BMU və Pakistanın (Karaçi) Sir Syed Mühəndislik və Texnologiya Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədə uyğun olaraq ötən il adıçəkilən universitetlərin Riyaziyyat kafedraları “Riyaziyyatda sərhədlər” adlı ilk beynəlxalq onlayn elmi seminar keçirib.
İctimaiyyətlə əlaqələr şöbəsi