BMU-nun daha bir əməkdaşına elmi ad verilib

11 Aprel 2022
BMU-nun daha bir əməkdaşına elmi ad verilib

Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Zabitə Teymurluya Filologiya elmləri üzrə dosent elmi adı verilib.  

Elmi adla bağlı (5710.01-Türk dilləri ixtisası üzrə) attestat adıçəkilən komissiya tərəfindən BMU müəlliminə təqdim edilib.

Qeyd edək ki, dərs vəsaiti və qrifli dərs proqramının müəllifi olan Z.Teymurlunun müxtəlif xarici ölkələrin nüfuzlı indeksli elmi jurnallarında, həmçinin beynəlxalq konfranslarda məqalələri və tezisləri çap olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər