Bakı Mühəndislik Universitetində (BMU) AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə reallaşdırılan “Brend tələbə” layihəsi çərçivəsində seçilən tələbələrin mükafatlandırılma tədbiri keçirilib.
Tədbirdə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə layihəyə yeni seçilən tələbələri təbrik edib. Ötən il bu layihəyə BMU-nun 10 nəfər tələbəsinin seçildiyini xatırladan prorektor ənənəyə çevrilən belə layihələrin tələbələrə mənəvi stimul verdiyini vurğulayıb. Bildirib ki, layihə tələbələri təhsil uğurlarına həvəsləndirmək, gənclər arasında sağlam rəqabət mühiti formalaşdırmaq, universitet fəallarını daha geniş müstəvidə tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır. Prorektor BMU-dakı müxtəlif tələbə təşkilat və klublarının fəaliyyətindən, eyni zamanda tələbələrə ali təhsil müəssisəsində yaradılan əlverişli imkanlardan, həyata keçirilən layihələrdən də danışıb.
Gənclərə səmimi təbriklərini çatdıran AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova isə layihə, eyni zamanda tələbələrin seçim meyarları barədə məlumat verib.
Layihəyə seçilən tələbələrin çıxışlarından sonra onlara təltifnamələr təqdim olunub.
BMU-nun Azərbaycan universitetlərinin “Brend tələbə”ləri sırasında yer alan tələbələrinin siyahısını təqdim edirik:
- Nihad Məhərrəmov (İnformasiya texnologiyaları ixtisası, III kurs)
- Günay Nuruyeva (Elektronika mühəndisliyi ixtisası, II kurs)
- Böyükxanım İbrahimova (İnformasiya texnologiyaları ixtisası, II kurs)
- İlqar Sarıyev (Elektrik və elektronika mühəndisliyi, II kurs)
- Səbuhi Rüstəmov (Logistika ixtisası, III kurs)
- Zəhra Behbudova (Fizika müəllimliyi ixtisası, III kurs)
- Səma Hüseynli (Ekologiya mühəndisliyi ixtisası, II kurs)
- Elmira İsmayılova (Riyaziyyat müəllimliyi, III kurs)
- Qiyamət Kərimov (Maliyyə ixtisası, IV kurs)
- Surə Şükürlü (Maliyyə ixtisası, II kurs)
İctimaiyyətlə əlaqələr şöbəsi