BMU nüfuzlu reytinq cədvəlində

BMU nüfuzlu reytinq cədvəlində

Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “The Times Higher Education” nəşrinin  dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlində  (Impact Rankings -2021) yer alıb. 

Azərbaycanın 6 ali təhsil müəssisəsinin daxil olduğu reytinq cədvəlində  BMU 801-1000 aralığında qərarlaşıb.

Reytinq  cədvəli universitetlərin 4 geniş sahədə (tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli, balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalar) əsasında tərtib edilir.

Dünyanın 94 ölkəsindən (region)  1115  universitetin yer aldığı  “Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının (BMT) “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.

Reytinqdə dünyanın ali təhsil ocaqlarının BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə qiymətləndirilir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər