Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın QS Reytinq Agentliyinin 2021-ci il üçün açıqladığı “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində (QS EECA University Rankings 2021) yer alıb.
Reytinq 10 göstəricidən, o cümlədən ali məktəbin elmi və işəgötürənlər arasında nüfuz göstəricisindən istifadə olunmaqla tərtib edilib.
Dünyanın ən nüfuzlu universitetlərinin yer aldığı reytinq cədvəlində Azərbaycan üzrə ümumilikdə 7 universitet qərarlaşıb.
Qeyd edək ki, reytinqə Avropa və Mərkəzi Asiyanın 85 inkişaf etməkdə olan ölkəsindən 400 ali təhsil müəssisəsi daxildir. Universitetlərin aparıcı yerlərinə Rusiya, Türkiyə, Qazaxıstan, Polşa, Ukrayna, Rumıniya, Çexiya və Macarıstan daxildir.
İctimaiyyətlə əlaqələr şöbəsi