BMU müəlliminin məqaləsi beynəlxalq jurnalda nəşr olunub

08 May 2019
BMU müəlliminin məqaləsi beynəlxalq jurnalda nəşr olunub

    Bakı Mühəndislik Universiteti Ümumi fənlər kafedrasının müdiri t.ü.f.d., dosent Bilal Dədəyev və Türkiyə Karatay Universitetinin professoru Yusuf Küçükdağ tərəfindən yazılan "Osmanlı Devleti'nde Azerbaycanlı Bir Alim: Molla Şemseddin Ahmed Karabaği" adlı məqalə Türkiyədə 1937-ci ildən bəri fəaliyyət göstərən “Belleten” jurnalının 2019-ci il 296-cı buraxılışında nəşr edilib. Sözügedən jurnal dünyanın ən nüfuzlu məlumat bazası kimi qəbul edilən “Web of science”in “Artsand Humanities Citation Index (AHCI)” məlumat bazasında indekslənir.

     Məqalədə əslən Qarabağın Dizaq mahalı (indiki Cəbrayıl rayonunun Şıxlar kəndi) Şıxlar kəndindən olan, Gəncədə dünyaya gəlmiş Molla Şəmsəddin Əhmədin (v. 1600) həyatı və Osmanlı dövlətindəki fəaliyyətləri ilə oğlu Nuh Əfəndi (v. 1640) haqqında məlumat verilir. Məqalənin hazırlanmasında Osmanlı arxiv sənədləri, XVI və XVII əsr kitablarından əsas olaraq istifadə olunub.

     Məqaləni bu link vasitəsilə oxumaq olar:

http://www.ttk.gov.tr/Dergiler/Belleten/296-Belleten/4-BDedeyev-YKucukdag.pdf

Digər xəbərlər