BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

06 Oktyabr 2025
BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziya Elm və Texnologiya Universiteti (MUST) arasında əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib.

Onlayn formatda baş tutan ilk görüşdə BMU-nun Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri, MUST-un Beynəxalq əlaqələr ofisinin direktoru Dr. Thanga Thurai Vengadasalam və akademik heyət iştirak edib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitet haqda qarşı tərəfi məlumatlandırıb, eyni zamanda Malayziya universiteti ilə əməkdaşlığın mümkün istiqamətlərini vurğulayıb.

Tərəflər tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, əlaqələrin inkişafı ilə bağlı ortaq tezislərin hazırlanması, beynəlxalq tədbirlərin təşkili, həmçinin mühəndislik və informasiya texnologiyaları sahələrində ikili diplom proqramlarının icrası kimi məsələləri nəzərdən keçiriblər.

Müzakirələr zamanı tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. 

Sonda yaxın vaxtlarda qarşılıqlı səfərlərin təşkili, əməkdaşlıq sənədinin hazırlanması barədə razılıq əldə edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər