BMU komandası “EduHack 2025” hakatonunda qalib olub

29 Aprel 2025
BMU komandası “EduHack 2025” hakatonunda qalib olub

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələrindən ibarət komanda Bakı Konqres Mərkəzində keçirilən “EduHack 2025” beynəlxalq təhsil texnologiyaları hakatonunda uğur qazanıb.

Bakı Avrasiya Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Niğde Teknoparkı”nın birgə təşkilatçılığı ilə keçirilən hakaton təhsil sahəsində innovativ texnoloji həllərin hazırlanmasını təşviq etmək və gənc tədqiqatçıları, startap komandalarını bir araya gətirmək məqsədi daşıyıb.

Ümumilikdə 12 komandanın qatıldığı hakatonda BMU, UNEC, UFAZ, BANM, AZTU və digər ali təhsil müəssisələrinin tələbələri çıxış ediblər.

Hakatonda BMU-İNHA İDP tələbələri-Türkanə Bağışova (Elektronika mühəndisliyi, 2-ci kurs), Rauf Cəlilov (İnformasiya texnologiyaları, 2-ci kurs), Qurban Bənnayev (İnformasiya texnologiyaları, 2-ci kurs), Toğrul Abdulladan (İnformasiya texnologiyaları, 2-ci kurs) ibarət “RQ Tech” komandasının “KIRPIGO” adlı layihəsi III yerin qalibi olub.

“KIRPIGO”  tələbələrin dil imtahanlarına hazırlıq formasını dəyişməyi irəli sürən, öyrənməni yalnız strukturlaşdırılmış suallarla deyil, eyni zamanda əyləncəli faktlar və zarafatlar vasitəsilə dəstəkləyən, o cümlədən tələbələrə daha interaktiv, motivasiyaedici bir təcrübə təqdim edən layihədir.

İctimaiyyətlə əlaqələr şöbəsi  

Digər xəbərlər