Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında gerçəkləşdirilən ikili diplom proqramının (BMU-İNHA İDP) icra vəziyyəti ilə bağlı növbəti monitorinq keçirilir.
Bu məqsədlə ölkəmizdə səfərdə olan İNHA Universitetinin 8 nəfərdən ibarət professor-müəllim heyəti tərəfindən aparılan müsahibələrdə proqram çərçivəsində 2023 və 2025-ci qəbul ili üzrə təhsil alan tələbələr, habelə tədrisi həyata keçirən müəllimlər iştirak edir.
Müsahibələrdə İDP üzrə dərslərin keyfiyyəti, dərs materialları, tədris proqramı, tələbələrin nəticələri və s. məsələlərlə bağlı rəylər öyrənilir.
Monitorinqin keçirilməsində məqsəd İDP üzrə təhsilin mövcud şərtlərinin yoxlanılması, rast gəlinə bilən problemlərin diaqnostikası, proqramın təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, nəticə etibarilə təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdır. Müsahibə nəticələri ətraflı təhlil olunduqdan sonra tövsiyələrin hazırlanması və BMU-ya təqdim edilməsi planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi