BMU-İNHA İDP tələbəsinin növbəti uğuru

03 İyun 2025
BMU-İNHA İDP tələbəsinin növbəti uğuru

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Hakim Musazadə növbəti uğura imza atıb. Onun təmsil olunduğu “Loyal” komandası “Robotex Azərbaycan-Avrasiya Çempionatı 2025” də 2-ci yeri tutub.

Komanda yarışmaya “Sürətli xətt izləyən robot” layihəsi ilə qatılıb. Layihənin məqsədi 2.10×2.80 metr ölçülərə sahib xəritə üzərində 90 dərəcəli, yarım dairə formalı, kəsişmə nöqtələrinə sahib qara zolağı ən tez müddətdə izləyərək bitiş nöqtəsinə çatmaqdır. Robot xəritənin başlanğıc nöqtəsindən keçdiyi anda həmin hissəyə yerləşdirilmiş sensor tətiklənir və kronometr başlayır, final nöqtəsinə çatdıqda isə kronometr dayanır.

Komanda bu layihə ilə Danimarkada keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, universitetə 675.1 balla qəbul olan Hakim Musazadə ötən ay Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Adlı təqaüd”ə layiq görülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər