BMU-İNHA İDP tələbəsinin daxil olduğu komanda “USG APEX Hakatonu”nda ilk yeri tutub

15 Mart 2024
BMU-İNHA İDP tələbəsinin daxil olduğu komanda “USG APEX Hakatonu”nda ilk yeri tutub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi həyat sığortası mövzusuna həsr olunan “USG APEX Hakatonu” müsabiqəsində uğurla çıxış edib.

Belə ki, BMU ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında icra olunan ikili diplom proqramında (İDP) İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan III kurs tələbəsi – Nəbi Şirinovun UFAZ tələbələri ilə birgə təmsil olunduğu “Enigma” komandası birinci yerə layiq görülüb.

ADA Universitetinin Fondu, universitetin Karyera xidmətləri şöbəsi, “PAŞA Həyat” və “AzInTelecom”un birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycan universitetlərinin bakalavr tələbələri 4 üzvdən ibarət komandalar şəklində iştirak ediblər.

ADA Universitetində təşkil olunan və 22 komanda arasında baş tutan mübarizədə iştirakçılar həyat sığortası mövzusunda məsələlər üçün texnoloji həll yolları irəli sürüblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər