BMU-İNHA İDP tələbələri üçün keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

28 Mart 2024
BMU-İNHA İDP tələbələri üçün keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “The society of tomorrow” adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilmiş müsabiqənin nəticələrinə görə, Amanı Sultanov və Elçin Mustafayev I, Zərifə Daşdəmirli, Əli Kərimov və Nihad Məhərrəmov II yerə layiq görülüblər. Həsən Əliyev, Ləman Gəncəli və Şahanə Mirəliyeva isə III yerin qalibi olublar.

Mükafatlandırılma mərasimində çıxış edən BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül İDP çərçivəsində dövlət tərəfindən tələbələrə yaradılmış imkanlar və bu fürsətdən layiqincə yararlanmağın əhəmiyyətindən bəhs edib.

Digər natiqlər - BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, proqram üzrə layihə direktoru Yang Hyunjin da fikirlərini paylaşaraq qalibləri təbrik ediblər.

Sonra qaliblərə mükafatlar, müsabiqədə iştirak etmiş digər tələbələrə isə təşəkkürnamələr  təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər