BMU-İNHA İDP-nin 118 nəfər tələbəsi Koreyada təşkil olunan “Yay məktəbi”ndə

01 Avqust 2023
BMU-İNHA İDP-nin 118 nəfər tələbəsi Koreyada təşkil olunan “Yay məktəbi”ndə

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (İDP) 118 nəfər tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik “Yay məktəbi”ndə iştirak edəcək.

Ümumilikdə 3 qrup olmaqla, 27 və 30 iyul tarixlərində mərhələli şəkildə yola düşən tələbələrə BMU-nun Mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyev, Riyaziyyat kafedrasının müdiri, professor Rakib Əfəndiyev, Riyaziyyat kafedrasının doktorantı Davud Orucov rəhbərlik edir.

Koreyanın İnçon şəhərində 31 iyul - 18 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas komponentlərindən biridir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər