BMU-İNHA İDP məzunları COP29-da işçi kimi fəaliyyət göstərib

25 Noyabr 2024
BMU-İNHA İDP məzunları COP29-da işçi kimi fəaliyyət göstərib

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 18 məzunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər  Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) texniki işçi statusunda iştirak edib.

İDP-nin unikal tədris modeli, müasir bilik və bacarıqlar əsasında yetişən BMU məzunları qlobal sessiyanın işinə müxtəlif vəzifələrdə (IT Specialist, ICT Support Technician,  Virtual Participant Host, ICT Supporter,  ICT Onsite Technician) çalışmaqla töhfələr veriblər.

Qeyd edək ki, BMU-İNHA İDP məzunların ən son texnologiya və mühəndislik sahəsində ixtisaslı mütəxəssislərə çevrilməsinə şərait yaradır. Yüksək keyfiyyətli təhsil və praktiki biliklər qazanan proqram məzunları nüfuzlu qurumlarda fəaliyyət göstərməklə yanaşı, COP29 kimi mötəbər beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər