BMU-İNHA İDP çərçivəsində Təbiət elmləri təmayüllü gimnaziyada məktəblilərlə görüş keçirilib

25 Aprel 2023
BMU-İNHA İDP çərçivəsində Təbiət elmləri təmayüllü gimnaziyada məktəblilərlə görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində məktəblilərlə növbəti məlumatlandırıcı görüş Sumqayıt şəhərində yerləşən Təbiət elmləri təmayüllü gimnaziyada keçirilib.

Tədbirdə BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin proqram katibi Nurlan Astanov, bölmənin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı və İDP üzrə layihə direktoru Yang Hyunjin mühəndislik sahəsi üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili dövlət proqramı ilə bağlı təqdimatlarla çıxış ediblər.

Çıxışlarda İDP proqramının mahiyyəti, məqsədi, hədəfləri, o cümlədən proqram üzrə qəbul qaydaları, ixtisaslar, ixtisaslara görə nəzərdə tutulan qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru, tədris prosesi, proqram məzunlarının əldə edəcəyi imkanlar və s. haqqında geniş məlumat verilib.

Bununla yanaşı, şagirdlərə Koreyada təhsil sistemi, təhsilə yönəldilən investisiya və dövlət tərəfindən bu sahəyə verilən dəstək, yüksək rəqabətli akademik mühit, həmçinin proqram məzunlarının qazanacağı bilik və bacarıqlar barədə zəruri informasiyalar təqdim olunub.

Görüşdə şagirdlərin sualları ətraflı cavablandırılıb və iştirakçılara BMU-İNHA İDP-nin məlumat kitabçaları paylanılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər