BMU-İNHA İDP çərçivəsində “Data analitikası” ixtisası üzrə 4 ilə 2 diplom

05 Avqust 2025
BMU-İNHA İDP çərçivəsində “Data analitikası” ixtisası üzrə 4 ilə 2 diplom

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində bu il qəbulu həyata keçirilən ixtisaslardan biri “Data analitikasıdır (“Data elmləri).   

BMU müasir dövrün tələbi olan bu ixtisası ölkəmizdə tədris edəcək ilk universitetlərdən biridir. Bu gün rəqəmsal texnologiyaların müasir inkişafı dövründə müxtəlif fəaliyyət sahələrində tamamilə yeni ixtisas olan data analitikaya böyük tələbat yaranıb.  

Data analitikası-məlumatların toplanması, təhlili, vizuallaşdırılması onlardan qərarvermədə istifadə olunması üzrə ixtisaslaşmış data analitiklər, data elmi maşın öyrənməsi mühəndisləri, biznes analitikləri kimi mütəxəssislərin hazırlanmasını təmin edən yeni ixtisasdır. “Data analitikasıixtisasını bitirən məzunların karyera imkanları genişdir onlara bank, maliyyə, vergi, e-ticarət, marketinq, səhiyyə, təhsil, o cümlədən digər sahələrdə böyük ehtiyac var. Data analitiklər beynəlxalq yerli şirkətlərdə yüksək əmək haqqı ilə işləmək imkanına malikdirlər. Bu sahə üzrə ixtisaslaşanlar Python, SQL, Power BI s. müasir alətləri öyrənərək rəqəmsal dünyada liderlik imkanı əldə edirlər. Həmçinin beynəlxalq mühitə inteqrasiyaları genişlənir, müasir tələblər səviyyəsində ingilis dilində tədris sayəsində qlobal layihələrdə iştirak, mühitində uğura nail olmaq şansı qazanırlar.  

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramıçərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham ƏliyevinAzərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb. Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Data elmləri”, BMU tərəfindən isə “Data analitikasıixtisası üzrə bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir.  

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil digər bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanır.  

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU- İNHA İDP- Azərbaycan vətəndaşı olan, 2025-ci ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 25 nəfər tələbə “Data analitikası (Data elmləri) ixtisası üzrə təhsil almaq hüququ qazanacaq. Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı formada təşkil olunan Riyaziyyat, Fizika, İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədlərionlayn anket”ə daxil etməlidir.  Sənədlərin son qəbul tarixi 09.08.2025- il saat 23:55-dir.

BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 11 avqust tarixində  keçiriləcək. İmtahan nəticələri isə 15 avqust tarixində elan olunacaq. Proqramla bağlı ətraflı məlumatı  elandan əldə etmək mümkündür.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər