Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani və Əhməd Dahlan Universitetinin nümayəndə heyətini qəbul edib.
Görüşdə BMU-nun maddi-texniki bazası və tədris fəaliyyəti haqqında ətraflı məlumat verən professor Havar Məmmədov universitetin hər zaman beynəlxalq əlaqələrə önəm verdiyini diqqətə çatdırıb. Görüş zamanı gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb və hər iki universitet arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmasının əhəmiyyəti vurğulanıb.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani qəbula görə təşəkkür edib və ölkələrimiz arasındakı təhsil əlaqələrindən danışıb. Səfir gələcəkdə də təhsil sahəsində BMU–ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.
Əhməd Dahlan Universitetinin rektoru M. Kasiyarno təmsil etdiyi təhsil müəssisəsi haqqında BMU-nun rəhbərliyinə geniş məlumat verib. Rektor iki universitet arasında əlaqələrin qurulması və prespektivləri barədə fikirlərini diqqətə çatdırıb.
Daha sonra hər iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonda qonaqlar BMU-nun Texnoparkı, maddi-texniki bazası və tədris şəraiti ilə yaxından tanış olublar.