BMU ilə RİİN-nin Nəqliyyat Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

01 İyul 2022
BMU ilə RİİN-nin Nəqliyyat Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Nəqliyyat Təlim-Tədris Mərkəzinin (NTTM) direktoru Qəhrəman Qələndərovla görüşüb.

Görüşdə BMU ilə adıçəkilən mərkəz arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Belə ki, beynəlxalq yük və sərnişin daşımalarını yerinə yetirən sürücülərin və bu sahədə fəaliyyət göstərən menecerlərin peşəkarlıq səviyyəsinin artırılması prosesinə ali təhsil ocağının professor-müəllim heyətinin və magistrlərinin cəlb edilməsi, eyni zamanda BMU və NTTM arasında əməkdaşlıq üzrə ortaq proqram və layihələrin hazırlanması, müəllim və magistrlərin təlimçi kimi sertifikatlaşdırlması, eləcə də birgə tədbirlərin təşkili müzakirə olunub.

Sonra qonaqlara universitetin kampusu, maddi-texniki bazası, Texnoparkı və laboratoriyaları barədə zəruri məlumatlar verilib. Xüsusilə, Avropa Birliyinin maliyyələşdirdiyi Polşanın Varşava Texnologiya Universtetinin rəhbərliyi və BMU-nun da tərəfdaş olduğu “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” Erasmus+ KA2 layihəsi çərçivəsində universitetdə qurulmuş laboratoriya, yeni magistr proqramı haqqında məlumatlar təqdim olunub. 

Qeyd edək ki, görüşdə DANX-ın direktor müavini, t.e.d., prof. Əziz Talıbov, BMU-nun “Logistika və nəqliyyat texnologiyaları” kafedrasının müdiri, dosent Bəxtiyar Namazov da iştirak edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər