Bakı Mühəndislik Universiteti ilə İ.İ.Meçinov adına Odessa Milli Universiteti arasında “Elm-Təhsil” sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın əsas məqsədi hər iki ali təhsil müəssisəsi arasında elm-təhsil əlaqələrin qurulmasıdır.
BMU-nun rektoru, professor Havar Məmmədov və İ.İ.Meçinov adına Odessa Milli Universitetinin rektoru İqor Koval tərəfindən imzalanan əməkdaşlıq müqaviləsinə əsasən tərəflər universitetlərin elmi potensialını artırmaq məqsədilə əldə etdikləri elmi nailiyyətləri bölüşmək, birlikdə elmi tədqiqatlar aparmaq, həmçinin konfrans təşkil etmək və müəllim-tələbə mübadiləsinin aparılması nəzərdə tutulub.