“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası va Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq Milli Aviasiya Akademiyası ilə BMU elmi-pedaqoji, elmi tədqiqat və konstruktor-layihələndirmə işlərinin aparılması sahəsində birgə fəaliyyət göstərəcəklər.
Müqavilənin şərtlərinə əsasən “Azərbaycan Hava Yolları” QSC özünün marağında olan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığında ali məktəblə əməkdaşlıq edəcək, müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, eləcə də birgə elmi forum və konfransların təşkili işlərində köməklik göstərəcək. Tərəflər arasında həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, tərəflərin razılığı ilə günün tələbinə uyğun dəyişikliklərin edilməsini istisna etməyən müqavilə 5 il qüvvədə olacaq.