BMU əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilib

21 Oktyabr 2021
BMU əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya İqtisadiyyatı kafedrasının əməkdaşları - i.ü.f.d. Xətai Alıyev və İlkin Qasımovun həmmüəllif olduqları “Unhappy Moves? Assessing the Link Between Life (Dis)Satisfaction and Intention to Emigrate in Azerbaijan” adlı məqalə beynəlxalq jurnalda dərc olunub.

SCOPUS indeksli “Economics and Sociology” jurnalında işıq üzü görən məqalədə həyat məmnuniyyətsizliyi və miqrasiyaya meyillilik arasında əlaqə araşdırılıb. 1317 respondent arasında keçirilmiş sorğu nəticələrinə əsaslanan məqalədə ən kiçik kvadratlar üsulu, həmçinin robust ən kiçik kvadratlar üsulu və digər ekonometrik hesablama metodlarından istifadə olunub.

Alınmış nəticələr xüsusilə gənclər və kişilər arasında miqrasiyaya meyilliliyin yüksək olmasını göstərib.  Məqalə, eyni zamanda, artan xoşbəxtlik və yaşın miqrasiyaya meyilliliyini azaltdığını da üzə çıxarıb.

Araşdırmada siyasət tədbirləri üçün müəyyən tövsiyələr təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər