BMU əməkdaşları respublika konfransında məruzə ilə çıxış ediblər

09 Sentyabr 2025
BMU əməkdaşları respublika konfransında məruzə ilə çıxış ediblər

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda I Respublika konfransı keçirilib.

Tədbirə Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının əməkdaşları da əsas məruzəçi qismində qatılıblar.

Konfransda BMU professoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov “Detection possıbılıtıes of boosted relic neutrinos and antineutrinos coming from the vicinity of pulsar in Crab nebula”, kafedranın baş müəllimi, astronomiya üzrə fəlsəfə doktoru Həzi Qasımov isə “Periodik kometlərin periheli uzunluqlarının paylanması” mövzusunda məruzə ilə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan hər iki məruzə ilə bağlı geniş müzakirələr aparılıb.

Hibrid formada gerçəkləşən və iki gün davam edən konfransda 9-u plenar olmaqla 6 bölmə üzrə ümumilikdə 54  elmi məruzə dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər